Delicates
Müasir dövrdə insanlar yalnız dadlı deyil, həm də sağlam və mənşəyi bəlli olan məhsullar axtarırlar. Məhz bu ehtiyacı nəzərə alaraq 2023-cü ildə Dinçer & Carçıoğlu şirkəti tərəfindən yaradılmış Delicates, qida məhsulları və restoran xidmətləri sahəsində yeni bir yanaşma təqdim edir. Tanınmış Avropa qida brendlərini həm restoran, həm market, həm də onlayn satış imkanları ilə müştərilərinə təqdim edir.
Missiyamız
Sağlam və premium qida mədəniyyəti yaratmaq niyyətində olan Delicates , müştərilərinə müasir, etibarlı və rahat qidalanma təcrübəsi təqdim etməklə onların həyat keyfiyyətini artırmağı qarşısına məqsəd qoyub. Tanınmış beynəlxalq markalarla əməkdaşlıq, şəffaflıq və daimi yenilənən xidmət modeli Delicates-in əsas dəyərlərini təşkil edir.




Market və Mətbəx Bir Arada
Delicates konsepti təkcə bir market deyil – həm də həmin məhsullarla yeməklərin hazırlandığı bir restorandır. Məkan iki əsas sahəyə bölünüb: market hissəsində şirkətin məşhur brendlərinin premium məhsulları satışa təqdim olunur. Restoran hissəsində isə bu məhsullardan istifadə olunaraq aşpazlar tərəfindən hazırlanan menyu təklif edilir.
Siz burada aldığınız məhsulların eyni inqrediyentlərilə hazırlanan pizzaları, şirniyyatları və bişinti məhsullarını həm yerində dada, həm də Wolt və Bolt vasitəsilə evinizə sifariş edə bilərsiniz. Bütün yeməklər – istər gündəlik biznes lunch, istərsə də xüsusi desertlər – qatqısız, təbii və premium məhsullardan hazırlanır.
Aşpaz İmzası ilə Premium Dadlar
Delicates mətbəxində təqdim olunan bütün məhsullar peşəkar aşpazlar tərəfindən xüsusi reseptlərlə hazırlanır. Əsas diqqət balanslı tərkibə, təbii məhsullara və sağlam hazırlanma üsullarına yönəlib. Menyuda aşağıdakı dadlı seçimlər yer alır:
● Ev üsulu cookielər – az şəkərli, yumşaq və qida qatqısı olmadan
● Premium tortlar – təbii inqrediyentlərlə, süni rəngləyici və konservantsız
● Gündəlik biznes lunch menyuları – iş saatlarında sürətli və sağlam qidalanmaq üçün
● Səhər yeməyi – Təbii yağlar, pendir, kəsmik və qaymaq kimi təzə süd məhsulları ilə doludur.
● Pendir seti – Təbii və müxtəlif növ pendirlərlə zənginləşdirilmiş pendir setləri.
● Şorbalar – Göbələk, mərci və pomidor kimi sevilən ləzzətlər təbii inqrediyentlərlə, ev üsulu reseptlərə uyğun hazırlanır.





● Napoli stili pizzalar – Pizzalar Napoli stili incə xəmiri və təzə inqrediyentləri ilə hazırlanır.
● Pasta – İtalyan reseptlərinə əsaslanan təzə hazırlanmış pastalar
● Fast food – Delicates-in premium məhsulları ilə hazırlanmış burgerlər, nuggetslər və kartof qızartması kimi fast food menyu seçimləri
● Sendviçlər – Sendviçlər təzə inqrediyentlər və balanslı tərkibi ilə günün istənilən saatı üçün ideal seçimdir.
● Salatlar – Həm klassik, həm də fərqli dadlar təqdim edən mangal, tuna, Sezar, Carpese və Yunan salatları yer alır
● Desertlər – Menyumuz müxtəlif klassik və xüsusi; o cümlədən tiramisu, merenga, lotus və affogato kimi desertlərlə zəngindir.
● İsti içkilər – rahatlıq bəxş edən aromatik çaylar, təzə hazırlanmış qəhvələr təqdim olunur.
Delicates-in İnteryer Dizaynı
Delicates-in interyer dizaynı, rahatlıq və zövqlə harmoniya təşkil edən müasir yanaşmanı əks etdirir. Məkan Kastamonu brendinin təbii materiallarından istifadə olunaraq, isti tonlar və minimalizm prinsipi ilə qurulub. Bu ab-hava müştərilərə sadəcə yemək deyil, eyni zamanda dinclik və estetik zövq bəxş edir.
İnteryerə xüsusi bədii toxunuş isə gənc və istedadlı rəssamlarımızdan biri olan Elnur Şirnovun əl işidir. Onun rəsmləri məkanın divarlarında yer alaraq, sənət və qastronomiyanı bir araya gətirir və məkana unikal vizual harmoniya qatır.
Online sifarişlər
Delicates həm yerində xidmət, həm də rəqəmsal platformalar vasitəsilə satış həyata keçirir. Onlayn sifarişlər Wolt və Bolt tətbiqi üzərindən qəbul olunur və çatdırılma xidmətləri qısa zamanda təmin edilir. Bu, istənilən vaxt və məkanda sağlam qida məhsullarına çıxış imkanı yaradır.
Kampaniyalar və Xüsusi Təkliflər
Delicates-də pendir məhsullarına dair xüsusi dadım günləri təşkil olunur. Bu tədbirlərdə müştərilər müxtəlif növ təbii pendirləri dadaraq fərqli ləzzətləri kəşf edir, seçimlərini daha dəqiq edə bilirlər və müştəriləri üçün zaman-zaman xüsusi endirim kampaniyaları, promo kuponlar, fərdi təkliflər və mövsümi aksiyalar həyata keçirir. Bayramlar, yeni məhsul təqdimatları və xüsusi günlərdə keçirdiyi kampaniyalar sayəsində premium məhsulları daha əlverişli qiymətlərlə təqdim edir. Wolt üzərindən sifarişlərdə endirim kodları, market alışlarında isə hədiyyəli aksiyalar təqdim olunur.
Delicates yalnız qida məkanı deyil – dostlarla görüş, işgüzar nahar və gündəlik istirahət üçün ideal bir mühitdir. Ümid edirik ki, Delicates-in sağlam və təbii məhsulları ilə bir gün yolunuz bizim məkana düşəcək.