Scalis FK-nın da İştirak Etdiyi “Zəfər Kuboku” Futbol Turniri Başladı.

Şirkətimizin futbol komandası Scalis FK, həmkarlar ittifaqı tərəfindən təşkil olunan ənənəvi “Zəfər Kuboku” futbol turnirində iştirak edir. Turnir 28 sentyabr – 8 noyabr 2025 tarixləri arasında keçiriləcək və bu müddət ərzində komandamız müxtəlif şirkətlərin komandaları ilə qarşılaşaraq mübarizə aparacaq.

“Zəfər Kuboku” əməkdaşlar arasında komanda ruhunu və əməkdaşlığı təşviq edən önəmli tədbirlərdən biridir. Scalis FK komandamız da bu yarışda şirkətimizi təmsil edərək birlikdə çalışma, qarşılıqlı dəstək və məqsədə çatmaq üçün mübarizə prinsiplərini meydanda nümayiş etdirəcək.

Biz inanırıq ki, komandamızın birliyi, mübarizə əzmi və özünə inamı sayəsində ən yüksək nəticələrə nail olunacaq və Scalis adını bu turnirdə də uğurla təmsil edəcəkdir.

Turnir və oyun cədvəli ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://zefercup.az/turnirler/1/qrup-2

Leave A Comment