SCALIS – Dincer və Carçıoğlu Birgə Müəssisəsində növbəti təlimlər keçirilib.
SCALIS – Dincer və Carçıoğlu Birgə Müəssisəsi əməkdaşların yumşaq bacarıqlarının (soft skills) inkişafı istiqamətində təlimləri davam etdirir.


Məşhur DEVELOR şirkəti tərəfindən marketinq və korporativ kommunikasiyalar sahəsində bilik və bacarıqların artırılması məqsədi ilə “Marketinq və Effektiv Korporativ Kommunikasiyalar” mövzusunda növbəti təlim baş tutub.
Təlimin əsas məqsədi komandamızın gündəlik iş proseslərində həm daxili, həm də xarici tərəfdaşlarla daha təsirli ünsiyyət qurmasını təmin etmək idi. Sessiyalar zamanı:
- Effektiv ünsiyyətin prinsipləri və qarşılıqlı anlaşmanın önəmi,
- Düzgün mesajın hazırlanması və auditoriyaya uyğun şəkildə çatdırılması,
- Müştəri yönümlü yanaşma və etibarlı kommunikasiya üsulları,
- Marketinq mesajlarının daha təsirli və aydın şəkildə təqdim olunması
kimi mövzular əhatə olundu.
Samirə Həsənovanın 4 gün ərzində keçdiyi təlimlərdə əməkdaşlar aldıqları nəzəri biliklərin real ssenarilər üzərindən tətbiqini həyata keçirmək üçün müxtəlif keyslər icra etdilər.
Bu təcrübə əməkdaşlarımız üçün yalnız nəzəri bilik deyil, həm də praktiki vərdişlər qazandırdı. İnanırıq ki, əldə olunan bacarıqlar Scalis-in həm müştərilərlə, həm də tərəfdaşlarla əməkdaşlığında yeni dəyər yaradacaq və daha güclü əlaqələrin qurulmasına zəmin olacaq.
İştirakçılara sonda müvafiq sertifikatlar təqdim edilib.





