• Anywhere

“Dinçer Carçıoglu” BM  qeyri-qida bölümü üzrə baş mühasib vakansiyasını elan edir.

Əmək funksiyaları barəsində məlumat :
  • Müəssisədə həyata keçirilən maliyyə əməliyyatların Azərbaycan Respublikasının mövcud qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək;
  • Şirkətin maliyyə stabilliyini təmin etmək, maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Mal –materialın hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
  • ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Daxili və xarici auditlər üçün maliyyə sədədlərini şəffaf və yoxlanıla biləcək şəkildə saxlanılmasını təmin etmək.
  • Komanda işinin düzgün qurulmasını, effektiv iş bölqüsünün aparılmasını təşkil etmək.
  • Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək.
Əsas tələblər :
  • 5 il sahə üzrə rəhbər vəzifədə və yaxud sahə üzrə 10 il iş təcrübəsi.
  • Logo Tiger programda iş təcrübəsi.
  • Rus dili, İngilis dili bilən namizədlərə üztünlük verilir.
  • Əmək haqqı: müsahibədən uğurla keçən namizədlə bağlanacaq əmək müqaviləsinə uyğun təyin edilir.
  • İş saatı: 09:00- 18:00 (5 günlük iş qrafiki)
  •  Ünvan: 8 noyabr prospekti Nargilə dairəsi, Blue office.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə
“Baş Mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş
olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əlaqə nömrəsi:
  • (+994 99) 757 16 57
  • (+994 55) 515 15 03

#vakansiya #işvar #isvar #işelanı #iselanı #vakansiya #işaxtarıram #bakıdaiş #karyera #yeniiş #boşvakansiya #işvar #iştəklifləri #işaxtarışı #yeni̇vakansiya #dinchercarchioglu #scalis

To apply for this job email your details to gulnurhuseynova2211@gmail.com