SCALIS – Dincer və Carçıoğlu Birgə Müəssisəsi Əməkdaşları “Bir Damla Qan, Min Ümidə Can” Aksiyasında İştirak Ediblər.
27 Sentyabr – Anım Günü münasibətilə təşkil edilən “Bir damla qan, min ümidə can” adlı qanvermə aksiyasında Scalis – Dinçer və Carçıoğlu BM şirkətinin əməkdaşları da fəal iştirak ediblər.
Həmkarlar ittifaqı tərəfindən təşkil olunan bu nəcib təşəbbüs çərçivəsində əməkdaşlarımız könüllü şəkildə qan verərək, ehtiyacı olan insanların həyatına ümid olmağa öz töhfələrini veriblər. Aksiya zamanı toplanan qan ehtiyatı, müalicəyə ehtiyacı olan xəstələrin sağlamlıqlarının bərpası və həyatlarının xilas olunması üçün istifadə ediləcəkdir.
Qanvermə aksiyası, cəmiyyət qarşısında sosial məsuliyyətin artırılması, insanlara yardım əli uzadılması və həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şirkətimiz əməkdaşlarının bu təşəbbüsə göstərdiyi dəstək, Scalis – Dinçer və Carçıoğlu BM kollektivinin sosial məsuliyyət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Biz də öz növbəmizdə, bu humanist aksiyada iştirak edən bütün əməkdaşlarımıza təşəkkür edir və gələcəkdə də bu kimi sosial layihələrdə fəal iştirak edəcəyimizi vurğulayırıq.