Dinçer & CarçıoğluDinçer & CarçıoğluDinçer & Carçıoğlu
+994 55 400 57 57
8 Noyabr pr., Blue Office

“Dinçer Çarçıoğlu” (SCALIS) Birgə Müəssisəsi Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib.

“Dinçer Çarçıoğlu” (SCALIS) Birgə Müəssisəsi 28 oktyabr 2025-ci il tarixində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında iştirak edib.

Tədbirin əsas məqsədi işaxtaran şəxslərlə əmək bazarının aparıcı şirkətləri arasında birbaşa əlaqə yaratmaq, məşğulluq imkanlarını artırmaq və yeni karyera perspektivləri formalaşdırmaq olub.

Yarmarka çərçivəsində “Dinçer Çarçıoğlu” (SCALIS) Birgə Müəssisəsi tərəfindən müxtəlif vakansiyalar təqdim edilib və iştirakçılarla şirkətin fəaliyyəti, mövcud iş imkanları və əmək şəraiti barədə məlumat paylaşılıb.

Birgə Müəssisə olaraq, gənclərin peşəkar inkişafına dəstək göstərməyi və əmək bazarında aktiv iştirak etməyi prioritet istiqamətlərimizdən biri hesab edirik.

Leave A Comment