1969-cu ildə Hayat Holdingin tərkibində Türkiyədə qurulan Kastamonu, qısa zamanda ağac emalı və mebel sənayesinin qabaqcıl şirkətlərindən birinə çevrilmişdir. Şirkət, mebel, dekorasiya və tikinti sektorları üçün geniş çeşidli yüksək keyfiyyətli məhsullar istehsal edir.
Kastamonunun fəaliyyət sahələrinə yonqar lövhə, xam mdf, mdf laminat, laminat parket, mdf panel və bir çox digər mdf məhsullarının istehsalı daxildir. Türkiyədə 6, Rumıniya, Bosniya və Herseqovina, Bolqarıstan, Rusiya və İtaliyada olmaqla cəmi 18 istehsalat müəssisəsinə sahib olan şirkət, 96 ölkəyə ixracat edərək qlobal miqyasda güclü mövqe tutur. Kastamonu xüsusilə Rusiyadakı istehsalat obyektləri ilə MDF və parket məhsullarında 30%-lik bazar payı ilə sektor liderliyini qürurla davam etdirir. Şirkət, sənayedəki uzun illik təcrübəsi və davamlı inkişafa olan sadiqliyi ilə adını keyfiyyət, innovasiya və etibarlılıqla eyniləşdirmişdir.