Laminat Parket: Estetik, Sağlam və Uzunömürlü Zəmin Həlli
Yaşadığımız məkanların dizaynı yalnız estetik deyil, həm də funksional və sağlamlıq baxımından vacibdir. Bu çərçivədə doğru döşəmə seçimi ev və iş yerlərinin rahatlığı üçün əsas faktorlardan birinə çevrilir. Laminat parket son illərdə bu ehtiyaclara cavab verən ən çox seçilən zəmin örtüklərindən biridir. Estetik görünüşü, funksional xüsusiyyətləri, ekoloji uyğunluğu və münasib qiyməti ilə laminat parket həm fərdi, həm də kommersiya məqsədli istifadə üçün ideal həll təklif edir.
Laminat Parket Nədir və Üstünlükləri Nələrdir?
Laminat parket əsasən sıxılmış ağac liflərindən hazırlanır və üzəri dekorativ təbəqə ilə örtülür. Bu təbəqə təbii ağac görüntüsü verərək məkanlara estetik görünüş qazandırır. Laminat parketlər müxtəlif rəng və naxış variantları ilə təqdim olunur və istənilən dekorasiya tərzinə uyğunlaşdırıla bilir.
İstifadə Rahatlığı
“Klik” sistemi ilə yapışdırılmadan tez və asan döşənə bilir. Ehtiyac olduqda sökülüb təkrar istifadə edilə bilər.
Sağlamlıq və Hipoalerjenik Səth
Antibakterial və hipoalerjenik xüsusiyyətləri sayəsində uşaqlı ailələr və allergiyası olanlar üçün uyğundur.
Suya Dayanıqlılıq (Seçilmiş Modellərdə)
Müasir texnologiya ilə hazırlanmış bəzi laminat parket modelləri 24–72 saat suya davamlılıq xüsusiyyətinə malikdir. Bu, mətbəx və dəhliz kimi nəmli sahələr üçün əlverişlidir.
Yerdən İsitmə Uyğunluğu
Müəyyən laminat modelləri yerdən isitmə sistemləri ilə istifadə üçün uyğundur. Bu modellər istiliyi effektiv ötürür və genişlənməyə qarşı dayanıqlıdır.
Asan Təmizlik
Antistatik və ləkə tutmayan səth sayəsində gündəlik təmizliyi nəmli bezlə rahatlıqla aparılır. Kimyəvi maddələrə ehtiyac yoxdur.
Laminat Parket Seçərkən Nələrə Diqqət Etməli?
Yaşadığınız məkanın estetik və funksional görünməsi üçün doğru döşəmə örtüyü seçimi olduqca vacibdir. Laminat parket geniş model seçimi, dayanıqlılığı və asan qulluq imkanları ilə üstünlük təşkil etsə də, düzgün seçim üçün bəzi əsas məqamları nəzərə almaq lazımdır.
Aşınma Sinfi (AC Dəyəri)
Laminat parketin istifadə olunacağı sahəyə görə aşınma sinfi seçilməlidir. Məsələn, ev şəraitində AC3, yüksək hərəkətlilik olan ofis və ticarət sahələrində isə AC4 və AC5 sinifləri daha uyğun sayılır.
AC3 (ev üçün uyğundur – normal istifadə sahələri, məsələn qonaq otağı, dəhliz)
AC4 (ofis və mağazalar üçün – orta intensivlikli kommersiya sahələri)
AC5 (ictimai məkanlar üçün – yüksək dözümlülük, ticarət mərkəzi, məktəb və s.)
Suya Dayanıqlılıq
Mətbəx, dəhliz kimi nəmə məruz qalan sahələr üçün suya davamlı parket modelləri seçilməlidir.
Rəng və Dizayn Uyğunluğu
Parketin rəngi və teksturası otağınızın işıq səviyyəsinə və mebel tərzinə uyğun olmalıdır. Açıq tonlar məkanı geniş göstərir, tünd tonlar isə dərinlik və zəriflik əlavə edir.
Sağlamlıq və Antibakterial Xüsusiyyətlər
Aşağı formaldehit emissiyalı (E1 və ya E0) (formaldehit emissiyası: E1/E0 – aşağı səviyyədə, sağlamlığa zərərsiz qaz buraxılışı) parketlər daha sağlam seçimdir. Antibakterial və hipoalerjenik səthlər allergiya riski olanlar üçün önəmlidir.
Yerdən İsitmə Uyğunluğu
Yerdən isitmə sistemi varsa, laminat parketin bu sistemlə uyğun olub-olmadığı yoxlanmalıdır.
Quraşdırma Sistemi
“Klik” kilid sistemi ilə asanlıqla birləşdirilən modellər həm vaxt, həm də əmək baxımından sərfəlidir. Yapışdırma tələb etməyən sistemlər üzən döşəmə kimi praktikdir.
Zəmanət Müddəti
Məhsulun zəmanət müddəti onun keyfiyyət göstəricisidir. Daha uzun zəmanət verilən modellər daha dayanıqlı olur və istehsal keyfiyyətinə güvən yaradır.


Yerdən Isitmə Sistemlərində Laminat Parket İstifadəsi
Yerdən isitmə sistemi olan evlərdə döşəmə seçimi çox önəmlidir, çünki bu sistemin düzgün işləməsi üçün istilik keçiriciliyi və struktur uyğunluğu vacibdir. Laminat parketlər, texnoloji inkişaflar sayəsində artıq bu tip isitmə sistemləri ilə uyğun hala gətirilmişdir. Lakin burada diqqət yetirilməsi lazım olan bir sıra mühüm məqamlar var:
İstilik Keçiriciliyi və Temperatur :
Laminat parketlərin döşənəcəyi sahədə döşəmə temperaturu maksimum 27–28°C olmalıdır. Bu dəyər keçildikdə, parketin deformasiya riski artır.
Döşəmə Altlığı Seçimi:
Su əsaslı sistemlərdə istiliyin daha effektiv ötürülməsi üçün altlıq (şiltə) seçiminə diqqət edilməlidir. Standart şiltələr əvəzinə kraft kağızı kimi xüsusi materiallar tövsiyə olunur.
Döşəmə Qaydaları:
Laminat parketlər üzən sistemlə, yəni yapışdırılmadan döşənməlidir. Beləliklə, istilik dəyişikliklərindən yaranan genişlənməyə imkan verilir
İsitmə Sisteminin Tipi:
Su əsaslı sistemlər laminat parketlər üçün uyğundur. Ancaq elektrikli sistemlər, istiliyi qeyri-bərabər paylaya bildiyi və yüksək temperatura tez çatdığı üçün təhlükəli ola bilər. Belə hallarda istehsalçının texniki şərtləri və zəmanət şərtləri diqqətlə oxunmalıdır.
Uyğun Laminat Seçimi:
Altdan isitmə üçün uyğun laminat parketlər xüsusi olaraq istehsal edilir. Bu modellər, yüksək istilik müqavimətinə, sabit ölçü dayanıqlığına və istiyə qarşı formasını dəyişdirməmə qabiliyyətinə malikdir.

Laminat Parket Suya Dayanıqlıdırmı?
Laminat parketlər son illərdə həm estetik görünüşü, həm də sərfəli qiyməti ilə ev və ofis məkanlarında geniş istifadə olunur. Sadə quraşdırma və təmizliyi asan olması bu məhsulları daha da cəlbedici edir. Lakin bu parketlərin su ilə təması məsələsində bəzi məhdudiyyətlər var.
Ənənəvi laminat parketlər tam su keçirməz deyil. Üzərinə su töküldükdə və vaxtında təmizlənmədikdə şişmə, deformasiya və rəng dəyişikliyi kimi problemlər yarana bilər. Bunun səbəbi, parketlərin iç qatında olan lifli materialların nəmə qarşı həssas olmasıdır. Xüsusilə kilidli sistemlərdən sızan su, daxili qatlara təsir edərək materialın formasını pozur.
Bu problemi aradan qaldırmaq üçün müasir texnologiyalarla hazırlanmış, suya daha dayanıqlı laminat parketlər istehsal olunur. Bu növ parketlər xüsusi qoruyucu qatlara və sıx kilidləmə sistemlərinə malikdir. Bəzi modellər 24, 48 və hətta 72 saata qədər suya davamlılıq göstərə bilir. Bu, mətbəx, dəhliz və digər nisbətən rütubətli sahələr üçün əlverişli həll təqdim edir.
Suya davamlı laminat parketlər vizual olaraq da təbii ağac toxumasını əks etdirərək məkanlara isti və müasir atmosfer bəxş edir. Digər tərəfdən, bu tip parketlər cızıqlara qarşı da daha dayanıqlı olur və aktiv həyat tərzi olan ailələr üçün uyğundur.
Baxımı isə sadədir: mütəmadi süpürülmə və nəmli bezlə silinmə kifayətdir. Lakin parketlərin üzərinə suyun uzun müddət qalmasına imkan verilməməli, buxarlı təmizləyicilərdən istifadə edilməməlidir. Suya davamlı modellərin düzgün şəkildə quraşdırılması və istifadə təlimatlarına əməl olunması onların ömrünü əhəmiyyətli dərəcədə uzadır.
Laminat Parketlə Bağlı Tez-tez Verilən Suallar:
1. Laminat parket su keçirirmi?
Laminat parket suya tam keçirməz deyil, amma suya davamlı modellər mövcuddur. Bu parketlər gündəlik su sıçramalarına qarşı qısa müddətli qoruma təmin edir. Suyun uzun müddət parket üzərində qalması şişməyə və səth zədələrinə səbəb ola bilər. Bu səbəbdən su tez bir zamanda silinməlidir.
2. Laminat parket haralarda istifadə olunur?
Qonaq otağı, yataq otağı, uşaq otağı və dəhlizlər üçün ideal seçimdir. Suya davamlı modellər sayəsində bəzi mətbəx və kommersiya sahələrində də istifadə edilə bilər. Yüksək dözümlülük tələb olunan yerlər üçün AC4 və AC5 kimi aşınma siniflərinə malik modellər tövsiyə olunur.
3. Laminat parket necə təmizlənməlidir?
Sadəcə az nəmli mikrofiber bezlə silinməsi kifayətdir. Güclü kimyəvi maddələr, buxarlı təmizləyicilər və çox su istifadə etmək olmaz. Təmizlik zamanı parketin səthinin quruluğu qorunmalıdır.
4. Laminat parket yerden isitmə sistemi ilə uyğundurmu?
Bəli, su əsaslı yerden isitmə sistemləri ilə uyğun laminat parket modelləri mövcuddur. Səth temperaturu 28°C-ni keçməməlidir. Elektrikli isitmə sistemləri üçün uyğunsuz modellər zədələnməyə səbəb ola bilər, buna görə istifadə etməzdən əvvəl texniki xüsusiyyətlərə baxmaq vacibdir.
5. Laminat parket necə döşənməlidir?
Döşəmə öncəsi döşəmə quru, düz və təmiz olmalıdır. Laminat parketlər yapışdırılmadan, “klik” kilid sistemi ilə üzən şəkildə döşənir. Parketlər döşənmədən əvvəl 48 saat otaqda saxlanmalı və döşəmə zamanı divarlardan minimum 15 mm boşluq buraxılmalıdır. Altına səs və rütubət izolyasiyası üçün şilte qoyulmalıdır.
6. Laminat parket sağlamlıq və ekoloji baxımdan təhlükəsizdirmi?
Keyfiyyətli laminat parketlərdə formaldehit emissiyası aşağı səviyyədədir (E1 və ya E0 sinifi). Hipoalerjenik, antibakterial və uşaq, ev heyvanları üçün uyğun modellər də mövcuddur. Əlavə olaraq, bir çox parket modeli davamlı orman resurslarından əldə edilən xammaldan hazırlanır və geri dönüştürülə bilən qablaşdırma ilə təqdim olunur.

Scalis ilə Keyfiyyətli Laminat Parket Seçimi
Scalis by Dinçer və Carçıoğlu Azərbaycanda topdan və pərakəndə satış sahəsində fəaliyyət göstərən etibarlı şirkətdir. Biz laminat parket və digər döşəmə materiallarının idxalı və satışında müştərilərimizə yüksək keyfiyyətli məhsullar təqdim edirik. Scalis, bazarda tanınmış və sertifikatlı markalar olan Kastamonu Entegre və Çamsan Entegre brendlərinin rəsmi distribyutorudur.
Şirkətimiz müştəri məmnuniyyətini ön planda tutaraq, geniş məhsul çeşidi və peşəkar dəstək ilə fərqli layihələrə uyğun həllər təklif edir. Məqsədimiz, müasir və davamlı zəmin həlləri ilə Azərbaycanda keyfiyyət standartlarını yüksəltməkdir.
Çamsan Entegre Türkiyənin qabaqcıl taxta əsaslı panel və laminat parket istehsalçılarından biridir. Şirkət yüksək texnologiyalı istehsal prosesləri ilə müştərilərinə keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsullar təqdim edir. Çamsan Entegre məhsulları həm ev, həm də kommersiya sahələri üçün uzunömürlü və estetik döşəmə həlləri kimi tanınır.
Şirkətin əsas prioritetləri arasında məhsul keyfiyyəti, ekoloji təhlükəsizlik və istehsalın davamlılığı durur. Bu səbəbdən Çamsan Entegre, dünya standartlarına uyğun sertifikatlarla öz məhsullarının keyfiyyətini təsdiqləyir.
Sertifikatları:
FSC® (Forest Stewardship Council): Meşə məhsullarının davamlı və məsuliyyətli şəkildə əldə edildiyini göstərir.
E1 Formaldehit Emissiyası: Məhsulların formaldehit səviyyəsinin insan sağlamlığı üçün təhlükəsiz olduğunu göstərir.
ISO 9001: Keyfiyyət idarəetmə sistemləri üzrə beynəlxalq standart.
ISO 14001: Ətraf mühit idarəetmə sistemi sertifikatı.
ISO 45001: İşçi sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi sertifikatı.
CE Sertifikatı: Avropa standartlarına uyğunluq sertifikatı.
TSE EN 13329: Laminat döşəmə məhsulları üçün Türkiyə standartı
Kastamonu Entegre Türkiyənin və Avropanın qabaqcıl taxta əsaslı panel və laminat parket istehsalçılarından biridir. Şirkət yüksək keyfiyyət standartları və innovativ texnologiyalarla məhsullarını hazırlayır. Kastamonu Entegre məhsulları həm estetik, həm də funksional cəhətdən yüksək keyfiyyətə malikdir və uzunmüddətli istifadəyə uyğundur.
Brendin əsas məqsədi davamlı meşə təsərrüfatından əldə edilən xammal ilə ekoloji və sağlamlıq tələblərinə cavab verən məhsullar təqdim etməkdir. Bu səbəbdən şirkət bir çox beynəlxalq və milli sertifikatlara sahibdir.
Sertifikatları:
FSC® (Forest Stewardship Council): Meşələrin davamlı idarə olunmasını təsdiqləyir.
EPD (Environmental Product Declaration): Məhsulun ekoloji təsirinin şəffaf hesabatı.
Blue Angel: Ətraf mühit dostu məhsullar üçün Almaniya ekoloji sertifikatı.
ISO 9001: Keyfiyyət idarəetmə standartı.
ISO 14001: Ətraf mühit idarəetmə sistemi.
CE Sertifikatı: Avropa standartlarına uyğunluq.
TSE EN 13329: Laminat döşəmə standartları üzrə Türkiyə sertifikatı.
