Şirkətimizin əməkdaşları Gənclər Gününə həsr olunan idman turnirində iştirak ediblər
2 Fevral – Gənclər Günü münasibətilə Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən stolüstü tennis üzrə turnir təşkil edilib. 31 yanvar – 1 fevral 2026-cı il tarixlərində keçirilən yarış gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və komanda ruhunun gücləndirilməsi məqsədi daşıyıb.
Turnirdə müxtəlif qurumların nümayəndələri ilə yanaşı “Dinçer və Çarçıoğlu” (SCALIS) Birgə Müəssisəsini 5 əməkdaş təmsil edib. Əməkdaşlarımız yarış zamanı yüksək idman əzmi və komanda ruhu nümayiş etdirərək tədbirdə fəal iştirak ediblər.
Bu cür idman təşəbbüsləri kollektiv daxilində həmrəyliyin möhkəmlənməsinə, əməkdaşlar arasında ünsiyyətin inkişafına və sağlam iş mühitinin formalaşmasına mühüm töhfə verir. “Dinçer və Çarçıoğlu” (SCALIS) Birgə Müəssisəsi əməkdaşlarının sosial və idman fəaliyyətlərində iştirakını dəstəkləməyi korporativ dəyərlərinin vacib hissəsi hesab edir.