Südün Sağlamlıqdakı Rolu və Əhəmiyyəti
Süd, insan sağlamlığı üçün vacib qida mənbəyidir və zülal, kalsium, vitaminlər kimi orqanizmin ehtiyacı olan bir çox qida maddəsini ehtiva edir. O, həm uşaqların, həm də böyüklərin sağlamlığının qorunmasında mühüm rol oynayır. Keyfiyyətli süd məhsulları immun sistemini gücləndirir, sümük və dişlərin möhkəmlənməsinə kömək edir. Bu səbəbdən gündəlik qidalanmada südün yeri əvəzsizdir.
Südün Faydaları və Sağlamlığa Təsiri
1. Kalsium və Sümük Sağlamlığı
Süd zəngin kalsium mənbəyidir və bu mineral sümüklərin möhkəmlənməsində, dişlərin sağlamlığında vacib rol oynayır. Kalsium çatışmazlığı osteoporoz (sümüklərin sıxlığının və möhkəmliyinin azalması nəticəsində onların kövrəkləşməsi və qırılma riskinin artması ilə xarakterizə olunan xəstəlikdir) riskini artırır. ABŞ Milli Səhiyyə İnstitutu (NIH) bildirir ki, süd və süd məhsulları, xüsusilə yetkin yaşlarda kalsium ehtiyacını ödəmək üçün əsas qida mənbəyidir.
2. Zülal və Əzələ İnkişafı
Süd, yüksək keyfiyyətli zülal ehtiva edir. O, bütün doymamış və əsas amino turşularını özündə saxlayır. İdmançılar və fiziki fəaliyyətlə məşğul olanlar üçün süd zülal mənbəyi kimi əhəmiyyətlidir. 2010-cu ildə aparılmış araşdırma süd zülalının əzələ bərpası və böyüməsini təşviq etdiyini göstərib.
3. Vitamin və Mineral Dəstəyi
Süd A, D, B12 vitaminləri ilə yanaşı fosfor, kalium və sink kimi mineralları da ehtiva edir. Xüsusilə D vitamini kalsiumun udulmasında və sümük sağlamlığında vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı (WHO) südü tam qidalanma üçün vacib məhsul hesab edir.
4. İmmunitet Sisteminin Gücləndirilməsi
Süd, immunitet sistemini dəstəkləyən zülallar, fermentlər və antimikrob maddələr ehtiva edir. Bu maddələr infeksiyalarla mübarizədə və bədən müdafiəsinin gücləndirilməsində rol oynayır. Xüsusilə uşaqlarda və yaşlılarda immunitet üçün faydalıdır.
5. Həzm Sisteminin Dəstəklənməsi
Süd, xüsusilə fermentləşdirilmiş süd məhsulları (kefir, qatıq və s.), həzm sisteminin balansını qoruyan faydalı probiotik bakteriyalarla zəngindir. Bu bakteriyalar bağırsaq florasının sağlam qalmasına kömək edir və həzmi yaxşılaşdırır.
Süd Seçərkən Nələrə Diqqət Etmək Lazımdır?
1. Tərkib Etiketi (Etiket məlumatları)
Etiketdə aşağıdakı məlumatlar mütləq göstərilməlidir:
Yağ faizi: məsələn, 1.5%, 2.5%, 3.2% — gündəlik ehtiyac və diyetə görə seçim edilməlidir.
Tərkibində nələr var: yalnız “süd” və ya “süd, D vitamini” yazılmalıdır. Əlavə stabilizator, rəngləyici, dadverici varsa bu, təbii məhsul deyil.
Qida dəyərləri: 100 ml-də zülal, yağ, karbohidrat miqdarı göstərilməlidir.
Məhsulun növü: Pasterizə, UHT, ESL və ya sterilizə olunmuş süd
2.Südün Hazırlanma Yolları və Saxlanma Müddəti
Südün necə hazırlandığı onun keyfiyyətinə və nə qədər müddət saxlanmasına təsir edir. Üç əsas üsul var:
Pasterizə Süd-Bu üsulda süd təxminən 72 dərəcə temperaturda 15 saniyə qızdırılır. Bu zaman zərərli bakteriyalar öldürülür, amma südün dadı təzə süd kimi qalır. Pasterizə süd soyuducuda 5–7 gün ərzində istifadə edilməlidir.
UHT Süd-Bu üsulda süd çox yüksək temperaturda (təxminən 135 dərəcə) 2-4 saniyə ərzində sterilizə olunur. Belə südü açmamış soyuducuya qoymağa ehtiyac yoxdur və o, 4-6 ay saxlana bilir. UHT süd uzun müddət saxlamaq üçün uyğundur.
ESL Süd-Bu üsulda süd 80-90 dərəcə arasında qızdırılır və süzdürülür. ESL südü soyuducuda saxlanmalıdır və 15-30 gün ərzində istifadə olunmalıdır. Dadı pasterizə südə yaxındır, amma daha uzun müddət saxlanır.
3. Südün Mənşəyi və Orqanik Olması
Heyvanın sağlamlıq vəziyyəti: Antibiotik və hormon istifadəsi yoxdursa — daha təbiidir.
Orqanik süd: Beynəlxalq sertifikatlarla təsdiqlənmiş fermalardan alınan süddür. Pestisid, GMO, antibiotik qalıqları olmur.
4. Laktozsuz və ya Standart Süd?
Əgər laktoza dözümsüzlüyünüz varsa, etiketdə “laktozsuz” (lactose free / без лактозы) ifadəsinə diqqət yetirin.Laktozsuz süd eyni qida dəyərlərinə malikdir və daha yüngül həzm olunur.
5. Qablaşdırma və Görünüş
Qablaşdırma sızdırmaz və təmiz olmalıdır – cızıq və şişkinlik varsa, məhsulu almayın.
Qutuda və ya şüşədə olan süd, keyfiyyət baxımından daha yaxşı qorunur.
Rəngi və qoxusu – evdə istifadədə, süd ağ rəngli və neytral qoxulu olmalıdır.
6. İstehsal və Son İstifadə Tarixi
Həmişə istehsal tarixinə və son istifadə tarixinə baxın.Açıldıqdan sonra əksər süd 3–5 gün ərzində istifadə edilməlidir (istehsalçı göstərişindən asılı olaraq).
7. Etibarlı Brend və Sertifikatlar
Tanınmış, nəzarət olunan və sertifikatlı istehsalçılara üstünlük verin.FSSC , ISO, HACCP kimi keyfiyyət və təhlükəsizlik sertifikatları olan məhsullar daha etibarlıdır.

Laktozsuz Süd Nədir və Kimlər Üçün Uyğundur?
Laktozsuz süd, tərkibindəki laktoza (süd şəkəri) fermentlə parçalanmış və ya texnoloji üsulla çıxarılmış süddür. Bu məhsul, laktoza dözümsüzlüyü olan insanlar üçün nəzərdə tutulub. Dünya əhalisinin təxminən 70%-i bu problemi müxtəlif səviyyədə yaşayır.
Laktozsuz Südün Faydaları:
Həzmə rahatdır – qarında köp, qaz və ağrı yaratmır
Tərkibi zəngindir – zülal, kalsium, A və D vitamini adi südlə eynidir
Şirin dadlıdır – laktoza parçalandığı üçün təbii şəkildə bir qədər şirin olur
Bütün yaş qrupları üçün uyğundur – uşaqlar, hamilələr, yaşlılar üçün ideal seçimdir
Südün Düzgün İstifadəsi
1.Südü otaq temperaturunda və ya ilıq şəkildə qəbul etmək tövsiyə olunur.
Soyuq və buzlu süd həzm sisteminə mənfi təsir göstərərək mədə fəaliyyətini poza bilər.
2.Süd yavaş-yavaş, qurtumla içilməlidir.
Bu zaman süd ağız boşluğunda daha çox qalır və ilkin həzm prosesi daha effektiv şəkildə başlayır.
3.Yeməkdən dərhal sonra süd içmək məsləhət görülmür.
Süd mədədə turşu ifrazını azalda bilər və bu da digər qidaların həzmini çətinləşdirə bilər.
4.Südün daha yaxşı mənimsənilməsi üçün onu acqarına içmək tövsiyə olunur.
Boş mədədə südün qida maddələri daha rahat sorulur və həzmi də asanlaşır.
5.Süd yalnız uyğun qida məhsulları ilə birlikdə istifadə edilməlidir.
Şirin meyvələr, giləmeyvələr və nişastalı tərəvəzlər süd ilə yaxşı uyğunlaşır. Əvəzində, un məmulatları ilə birgə qəbul edilməsi arzuolunmaz sayılır, çünki bu birləşmə həzmi çətinləşdirə bilər.


Scalis : Sağlam Süd Məhsullarının Etibarlı Ünvanı
Scalis şirkəti olaraq, Azərbaycan bazarında süd və süd məhsulları sahəsində tanınmış beynəlxalq markaların rəsmi distribyutoruyuq. Məqsədimiz müştərilərə yalnız keyfiyyətli, təhlükəsiz və beynəlxalq standartlara uyğun məhsullar təqdim etməkdir.
Distribyutorluq etdiyimiz süd brendləri:
Valio– Dünyaca məşhur Valio brendinin laktozsuz südü, təbii süd məhsulları və yüksək keyfiyyətli məsulları ilə Azərbaycanda Scalis tərəfindən təqdim olunur.
Savushkin-ISO, HACCP, FSSC 22000 və Halal sertifikatlarına malik, təbii süd və süd məhsulları ilə tanınan brend
Svalya Litva istehsalı təbii süd və meyvəli içkilər brendidir. Təmiz tərkibi və zərif dadı ilə seçilir.
Домик в деревне (Domik v derevne)-Azərbaycanda məşhur olan keyfiyyətli süd məhsulları ilə tanınır. Onun 6% yağlı südü zəngin və təbii dadı ilə seçilir, yüksək keyfiyyət standartlarına uyğun hazırlanır. Bu süd, zəngin tərkibi və balanslaşdırılmış yağ miqdarı sayəsində həm gündəlik istifadəyə, həm də yeməklərin hazırlanmasına uyğundur.
Чудо (Chudo)-Şokoladlı və meyvəli süd içkiləri, yoqurt və süd əsaslı desertlərdə Rusiya bazarında lider mövqeyə sahibdir. Müsəlman istehlakçılar üçün Halal sertifikatlı məhsulları da mövcuddur.
Savushkin Süd Məhsullarının Keyfiyyət və Təhlükəsizlik Sertifikatları
Savushkin şirkəti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə böyük önəm verir və bunun üçün bir çox beynəlxalq və milli sertifikatlardan istifadə edir.
ISO 9001 (Keyfiyyət İdarəetmə Sistemi)– Şirkət 2001-ci ildən ISO 9001 sertifikatına malikdir və bütün istehsal müəssisələri bu standartlara uyğun fəaliyyət göstərir.
ISO 14001 (Ətraf Mühitin İdarəedilməsi)– 2004-cü ildən etibarən ətraf mühitin qorunması üzrə standartlara riayət olunur, enerji və resurslara qənaət edilir.
ISO 45001 (İş Sağlamlığı və Təhlükəsizliyi)– 2020-ci ildən işçilərin sağlamlığı və təhlükəsizliyi üçün beynəlxalq standartlara uyğun idarəetmə sistemi tətbiq edilir.
FSSC 22000 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi)– 2013-cü ildən qida təhlükəsizliyinə dair ən yüksək standartlara cavab verir və Avropa İttifaqında tanınır.
Halal Sertifikatı– 2011-ci ildən müsəlman istehlakçıların tələblərinə cavab verən məhsullar istehsal olunur.
Koşer Sertifikatı– 2017-ci ildən Yahudi qida qaydalarına uyğun məhsullar təqdim edilir.
Valio Süd Məhsullarının Sertifikatları və Keyfiyyət Standartları
Valio şirkəti süd məhsullarının keyfiyyətinə, təhlükəsizliyinə və davamlı istehsal prinsiplərinə böyük önəm verir. Şirkətin süd məhsulları bir sıra beynəlxalq sertifikatlarla təsdiqlənmişdir:
ISO 22000 – Qida Təhlükəsizliyi İdarəetmə Sistemi:
Valio, məhsullarının bütün istehsal mərhələlərində qida təhlükəsizliyini təmin etmək üçün ISO 22000 standartına uyğun fəaliyyət göstərir.
FSSC 22000 – Qida Təhlükəsizliyi Sertifikatı:
Bu beynəlxalq sertifikat Valio-nun qida təhlükəsizliyi sistemlərinin yüksək səviyyədə olduğunu göstərir və Avropa və dünya bazarlarında qəbul edilir.
ISO 14001 – Ətraf Mühitin İdarə Edilməsi:
Şirkət ətraf mühitin qorunmasına böyük diqqət yetirir və istehsal prosesində ətraf mühitə təsirin azaldılması məqsədilə bu standartı tətbiq edir.
ISO 9001 – Keyfiyyət İdarəetmə Sistemi:
Valio məhsullarının keyfiyyətinin davamlılığı və müştəri məmnuniyyətinin təmin olunması üçün ISO 9001 standartına riayət edir.
Çudo Südü: Şokoladlı və Meyvəli Dadlarla Əyləncəli və Sağlam Seçim
“Çudo” südü, yalnız təbii südün faydalarını təqdim etməklə qalmır, həm də uşaqlar və gənclər üçün şirin və ləzzətli seçimlər yaradır. Şokoladlı və meyvəli variantları ilə “Çudo” südü həm dadlı, həm də qida dəyəri yüksək bir içkidir.
