Tiger ERP üzərindən mühasibatlıq əməliyyatlarının effektiv idarə edilməsi üzrə təlimlər keçirilir.
“Dinçer və Çarçıoğlu” (SCALIS) Birgə Müəssisəsinin Maliyyə, Vergi və Mühasibatlıq departamentinin əməkdaşları üçün mühasibatlıq əməliyyatlarının Tiger ERP sistemi üzərindən səmərəli təşkili mövzusunda təlimlər təşkil olunub.
Təlimin məqsədi — əməliyyat proseslərinin rəqəmsallaşdırılması, daxili hesabatlılığın təkmilləşdirilməsi və maliyyə əməliyyatlarında operativliyin artırılmasıdır. Təlim zamanı iştirakçılara Tiger ERP modulunun funksionallıqları, əməliyyat axınlarının idarə edilməsi və hesabatların optimallaşdırılması üzrə nəzəri və praktiki biliklər təqdim edilib.
Bu təşəbbüs “Dinçer və Çarçıoğlu” (SCALIS) Birgə Müəssisəsinin daxili proseslərdə effektiv idarəetmənin və innovativ həllərin tətbiqi istiqamətində atdığı növbəti addımdır.